Rusiya prezidenti Vladimir Putin separatçılığa kütləvi çağırışla bağlı cinayət məsuliyyətini sərtləşdirən fərman imzalayıb.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda Kremlin mətbuat xidməti xəbər yayıb. Fərmana əsasən, Rusiyanın cinayət məcəlləsində separatçılığa çağırışa görə cəzada dəyişiklik edilib. Belələri 3 min dollardan 9 minədək cərimələnəcək, yaxud 3 ilədək məcburi əməyə cəlb ediləcək və ya 4 aydan 6 ayadək azadlıqdan məhrum olunacaq. Yaxud 4 il (3 il əvəzinə) iş kəsiləcək.
KİV-dən separatçılığı təbliğ vasitəsi kimi istifadə edənlər 480 saat məcburi əməyə cəlb ediləcək, 3 il vəzifə tutmaqdan məhrum olunacaq, yaxud 5 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum ediləcək.
Mənbənin məlumatına əsasən, iyulun 22-də V.Putin bildirib ki, suverenlik və ərazi bütövlüyü Rusiyanın “fundamental dəyəridir”.
“Fundamental dəyər dedikdə söhbət müstəqilliyimizin təminatından, dövlətimizin bütövlüyündən, ərazimizin etibarlı qorunmasından, Konstitusiya quruculuğundan, vaxtında daxili və xarici təhlükəni neytrallaşdırmaqdan gedir. Çağdaş dünyada bu yetərincədir ”-deyə, Rusiya lideri vurğulayıb.