<span style="color:red;">“Survivor”da faciə:  məşhur iştirakçılar həlak oldu
10 mart 2015 11:12 (UTC +04:00)

“Survivor”da faciə: məşhur iştirakçılar həlak oldu

0

Fransa məşhurlarının qatıldığı “Survivor” yarışmasının iştirakçılarını daşıyan iki helikopter havada toqquşub. Lent.az-ın məlumatına görə, hadisə Argentinada, And dağları istiqamətində baş verib. Ən azı 10 nəfər qəza zamanı həyatını itirib. Ölənlər arasında texniki heyətlə yanaşı məşhur şəxslər, eləcə də, 2 olimpiya çempionu da var.

 

Bildirilir ki, qəzadan sağ qurtulan olmayıb.

 

Məşhur veteran futbolçu Silvian Viltord və digər məşhurlar yarışmada iştirak etsələr də, qəzaya düşən helikopterdə olmayıblar.

 

Qəzanın səbəbi məlum deyil, ərazidə hava şəraitinin uçuş üçün əlverişli olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar