Ölkədə vətəndaş savaşının davam etməsinə baxmayaraq, Suriyadakı rejim prezident seçkisini təxirə salmaq niyyətində deyil.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, Suriyadakı rejimin informasiya naziri Omran Əhəd əz-Zubi bu haqda açıqlama verərək, əlavə edib ki, hərbi əməliyyatlar seçkiyə təsir etməyəcək.
Onun sözlərinə görə, aprelin son 10 günü ərzində iddialılar prezidentliyə namizədliyini irəli sürə bilər.
Nazirin qənaətincə, Bəşar Əsəd “üçüncü müddətdə seçiləcək”.
“Suriyalıların çoxu Bəşar Əsədi prezident kimi dövləti idarə etməyə çağırır” -deyə, nazir vurğulayıb.