“Suriya inqilabçılar cəbhəsi” qruplaşmasını lideri Lid Məhəmməd əl Masaalm ordu qüvvələri tərəfindən öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Silahlı Qüvvələrinin briqada generalı Əli Məyhub bildirib.
Onun sözlərinə görə, “Suriya inqilabçılar cəbhəsi”nin lideri Dəməşq əyalətində öldürülüb: ““Suriya inqilabçılar cəbhəsi”nin lideri Lid Məhəmməd əl Masaalm da daxil olmaqla çoxlu sayda terrorçu məhv edilib”, deyə o qeyd edib.
“Suriya Silahlı Qüvvələri Əl Mançiyə yaşayış məntəqəsi yaxınlığında bir neçə zirehli maşın və üzərində iriçaplı pulemyotlar quraşdırılmış avtomobilləri terrorçularla birlikdə məhv edib, həmçinin terror qruplaşmalarının bir çox mövqelərinə zərbələr endiriblər”, deyə Əli Məyhub əlavə edib.