“Sony” şirkəti ilk sualtı mağaza açacaq
02 noyabr 2014 07:56 (UTC +04:00)

“Sony” şirkəti ilk sualtı mağaza açacaq

Yaponiyanın “Sony” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində istehsal etdiyi qurğular üçün qeyri-adi mağaza açmağı planlaşdırır. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə,  mağazanın dəniz suyunun dörd metr dərinliyində yerləşəcək rəflərində sukeçirməz “Xperia” smartfon və planşet kompyuter modelləri satışa çıxarılacaq.

 

Bildirilir ki, alıcılar sualtı “Xperia Aquatech Store” mağazasına təcrübəli dalğıcların müşayiəti ilə gəlmək və Yaponiya istehsalçısının sukeçirməz qurğuları ilə tanış olmaq imkanı əldə edəcəklər. Qeyd edilir ki, alıcıların akvalanq geyməsinə ehtiyac olmayacaq: onlar dənizin dibində ayaq üstə dayanmaqla adi qaydada nəfəs ala biləcəklər.

 

“Sony” şirkətinin vitse-prezidenti Rüdiqer Odenbahın sözlərinə görə, “Xperia Aquatech Store” mağazası alıcılarda unudulmaz təəssürat oyatmaqla yanaşı, “Xperia” qurğuları tərtibatçılarının smartfon bazarında innovasiyalara meyilli olduğunu göstərəcək.

 

“XperiaBlog” saytının məlumatına görə, qeyri-adi mağazanın 2014-cü il dekabrın 3-də fəaliyyətə başlaması gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar