Hollandiyada, Rotterdam şəhərinin yaxınlığında “Shell” şirkətinin kimya zavodlarından birində yanğın baş verib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, yerli KİV yanğının tüstüsünün bir neçə kilometrlikdən də göründüyünü bildirib.
Xəsarət alanlar barədə məlumat yayılmayıb.
Partlayışın səbəbi hələ açıqlanmayıb.
Mənbə bildirib ki, yerli xilasedicilər yanğın nəticəsində yaranan tüstünün zəhərli kimyəvi maddə olmasını da müəyyənləşdirməlidir.