“Şərq Ulduzu”nun qurbanlarının sayı 65-ə çatdı
04 iyun 2015 06:33 (UTC +04:00)

“Şərq Ulduzu”nun qurbanlarının sayı 65-ə çatdı

0

Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 65-ə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 26 nəfərin öldüyü bildirilirdi.

 

Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir. Əməliyyata 180-i dalğıclar olmaqla  4 min nəfər, 110 gəmi, 5 helikopter və İL-76 təyyarəsi cəlb edilib.

 

Son məlumatlara əsasən, Nankin şəhərindən Çuntsinə yollanan gəminin göyərtəsində 456 nəfər olub. İnsanların böyük əksəriyyəti itkin düşmüş hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar