“Şərq Tərəfdaşlığı”na üzv ölkələrin XİN rəhbərləri bir araya gələcək
04 iyun 2015 23:10 (UTC +04:00)

“Şərq Tərəfdaşlığı”na üzv ölkələrin XİN rəhbərləri bir araya gələcək

0

İyunun sonunda Belarusun paytaxtı Minsk şəhərində Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına  üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Belarusun xarici işlər naziri Vladimir Makey bildirib ki, nazirlərin qeyri-rəsmi görüşündə mayın 21-22-də Latviya paytaxtında keçirilən sammitin nəticələri müzakirə olunacaq.

 

“Bu görüş Şərq Tərəfdaşlığına üzv olan müxtəlif ölkələrdə keçirilən mütəmadi tədbirdir. Qeyri-rəsmi şəraitdə keçiriləcək görüş zamanı Riqa sammitinin yekunları nəzərdən keçiriləcək”, deyə Makey bildirib.

 

O həmçinin bildirib ki, “Şərq Tərəfdaşlığı”na üzv dövlətlərin xarici işlər nazirləri bu təşəbbüsün gələcək inkişafına dair fikir mübadiləsi aparacaqlar.

 

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı 6 keçmiş SSRİ respublikaları (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan) arasında regional əməkdaşlığın inkişafı məqsədi ilə yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar