Ukraynada “Sağ Sektor” milliyyətçi hərəkatının lideri Dmitriy Yaroş Silahlı Qüvvələr, Ukrayna Təhlükəsizlik Xidməti, DİN və Sərhəd Xidmətinin əməkdaşlarını Kiyevin əmrlərinə tabe olmamağa çağırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq çağırışı Yaroş Facebook səhifəsində dərc edib.
“Biz Vətən uğrunda qan tökərkən onlar milyardlar qazanırlar və müharibənin uzanması üçün əllərindən gələni edirlər”, deyə Yaroş bildirib.
Bundan əvvəl “Sağ Sektor” fəalları ümumxalq toplantısı çağıraraq hökumətə etimadsızlıq elan etmək niyyətində olduqlarını bildiriblər.