“S-400” raket sistemi Suriyada döyüş növbəsinə keçib
26 noyabr 2015 21:59 (UTC +04:00)

“S-400” raket sistemi Suriyada döyüş növbəsinə keçib

0

Rusiyanın Suriyadakı “Xmeymim” aviabazasında yerləşdirilən “S-400” zenit-raket sistemi döyüş növbəsinə başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.   

 

“Rusiya ali baş komandanın qərarına uyğun olaraq “S-400” zenit-raket sistemi  operativ şəkildə Rusiyanın Suriyadakı “Xmeymim” aviabazasına gətirilərək döyüş növbəsinə başlayıb”, deyə  İqor Konaşenkov bildirib.  

 

Qeyd edək ki,  “S-400” zenit-raket sisteminin Suriyadakı “Xmeymim” aviabazasında yerləşdirmək qərarı Rusiyanın “Su-24” döyüş təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulduqdan sonra verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar