Rusiya Maliyyə Nazirliyinin uzunmüddətli strateji planlaşdırma idarəsinin direktoru Maksim Oreşkin bəyan edib ki, 2014-cü ildə dövlət büdcəsi bir trilyon rubldan artıq maliyyə vəsaitini geri ala bilməyəcək.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, o, buna səbəb kimi neft-qazdan gələn gəlirin azalması, hökumətin daxili və xarici borc proqramının icra olunmaması ilə bağlı pul itkisini göstərib.
“234 milyard rubl xarici borcdan, 180 milyard rubl özəlləşdirmədən, daxili borcdan 250 milyard rubl ala bilməyəcəyik” -deyə, o, vurğulayıb.
Onun sözlərinə əsasən, bununla da büdcə 664 milyard rublu ala bilməyəcək: “Halbuki həmin maliyyə vəsaitini büdcədəki kəsirin azaldılmasına yönəldilə bilərdi. Bundan başqa qeyri –neftdən gələn gəlirdən 300-400 milyard dolları da almaya bilərik”.