ABŞ-ın Müdafiə Nazirliyi bildirib ki, Rusiya yaxın günlərdə Ukraynanın şərqindəki rusiyayönlü terrorçulara raket verəcək.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu açıqlamanı nazirliyin təmsilçisi Stiva Uorren verib.
“Əlimizdə olan məlumata əsasən, bu yaxınlarda Rusiya onlara daşa ağır və daha mürəkkəb reaktiv sistem verməyə hazırlaşır” -deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, bu proses istənilən vaxt, ola bilsin lap elə bu gün gerçəkləşdirilib.