Rusiya hökuməti Ukraynada keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrinə münasibət bildirib.
APA-nın xəbərinə görə, xarici işlər naziri Sergey Lavrov “Rossiya” telekanalına müsahibəsində Rusiyanın Ukrayna xalqının öz iradəsini ifadə etməsinə hörmətlə yanaşacağını bəyan edib.
S. Lavrovun fikrincə, əsas odur ki, indiki hakimiyyət öz vətəndaşlarına və xalqına hörmətlə yanaşaraq bütün siyasi qüvvələrin, etnik və dini qrupların maraqlarını təmin edən kompromis razılaşmaların əldə olunmasını təmin etsin. O, seçkidən sonra ölkənin cənub-şərqində antiterror əməliyyatlarının bərpasının çox ciddi səhv olacağını da vurğulayıb. Nazir ümid etdiklərini bildirib ki, seçkidə qalib gələn Pyotr Poroşenko Kiyevdə cənub-şərqə münasibətdə radikal və ekstremist əhval-ruhiyyənin üstün gəlməsinə imkan verməyəcək.