“Rusiya hərbi təyyarəsi Qara Dənizdə təxribat törədib”
15 aprel 2014 02:46 (UTC +04:00)

“Rusiya hərbi təyyarəsi Qara Dənizdə təxribat törədib”

0

Aprelin 12-də ABŞ-ın “Donald Kuk” hərbi gəmisi Qara dənizə daxil olarkən Rusiyaya məxsus “Su-24” tipli bombardmançı təyyarəsi onun yaxınlığından bir neçə dəfə uçuş edib.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bunu Pentaqonun mətbuat katibi, polkovnik  Stiv Uorren bəyan edib.

 

Onun sözlərinə görə, bombardmançı təyyarə  gəminin yaxınlığından, aşağıdan 12 dəfə uçuş edib. Hazırda esminets Rumıniyanın Konstansa limanındadır.

 

“Rusiya hərbçilərinin qeyri peşəkar və təxribat xarakterli hərəkətləri öz nizamnamələrinin, ölkələrimizin silahlı qüvvələri arasındakı mövcud razılaşmaları kobudcasına pozur” - deyə, Uorren vurğulayıb.

 

 

Rusiya müdafiə nazirliyi faktla bağlı şərh verməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1399

Oxşar yazılar