“Rusiya AŞPA-nın növbəti sessiyasına getməyəcək” - <span style="color:red;">YENİLƏNİB
12 aprel 2014 09:44 (UTC +04:00)

“Rusiya AŞPA-nın növbəti sessiyasına getməyəcək” - YENİLƏNİB

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin başçısı, dumanın beynəlxalq məsələlər üzrə komitəsinin başçısı Aleksey Puşkov bildirib ki, ola bilsin qurumun növbəti sessiyasında iştirak etməyəcəklər.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, deyib: “Biz AŞPA-nın üzvüyük. Qətnamə qəbul edilib və bizi oradan kimsə qova bilməz. Ancaq qətnaməyə etiraz olaraq, biz sessiyaya qatılmaya bilərik”».

 

Xatırladaq ki, aprelin 10-da  Krımın Rusiya birləşdirilməsi ilə əlaqədar rusiyalı heyət ilin sonunadək AŞPA-nın bütün rəhbər orqanlarından çıxarıb. Bundan başqa Rusiyanın nümayəndə heyəti səsvermə və seçkiləri müşahidə etmək hüququndan məhrum edilib.

 

Qeyd edək ki, AŞPA-nın növbəti sessiyası cari ilin sonunda keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar