Mahaçqalada “Rosselxozbank”-ın filialının müdiri qətlə yetirilib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, onun cəsədi şəhərin Kazbekov küçəsində “Toyota Lendkruzer 200” markalı avtomobildən, əlində qumbara tutmuş vəziyyətdə aşkarlanıb.
Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İdarəsinin təmsilçisi deyib: “1957-ci ildə anadan olmuş Məhəmməddibir Mürtəzaliyev “Rosselxozbank”ın şöbələrindən birinin мüdiri işləyib. O, başından və sinəsindən güllələnib. İstintaq tədbirləri davam edir”.