Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz əş-Şeyx qırımızı işığı keçən sürücülərlə bağlı dini fitva verib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu nüfuzlu din xadimi bildirib ki, sürücülər qırmızı işıqda yolu keçməklə “böyük günah işlədir”.
“Quranda deyilir: “Bir günahsızı öldürmək, bütün insanlığı öldürməyə bərabərdir. Bir nəfəri xilas etmək isə bütün dünyanı xilas etməkdir””- deyə, o, vurğulayıb.
Mənbə xatırladıb ki, dünya üzrə yol-nəqliyyat hadisələrinə görə, Səudiyyə Ərəbistanı ön sıralardadır. Hər gün krallığın yollarında baş verən qəza nəticəsində orta hesabla 17 nəfər həlak olur.
Polisin məlumatına əsasən, yol-nəqliyyat hadisələrinin 3-də biri işıqforun qırmızı işığında keçərkən baş verir.