“Qazprom” “Türkmənqaz”ı yanvarın 1-dən qaz alışı üzrə müqaviləyə birtərəfli xitam verilməsi barədə rəsmi bildiriş verib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Türkmənistan şirkətinin bu gün yaydığı məlumatda bildirilir.
““Türkmənqaz” dövlət konserni xəbər verir ki, “Qazprom” “Türkmənqaz”ı yanvarın 1-i 2016-cı il tarixdən etibarən qaz alışı üzrə müqaviləyə birtərəfli xitam verilməsi barədə rəsmi bildiriş verib”, - məlumatda deyilir.