“Qazprom” “Qırğızqaz”ı  1 dollara alıb
10 aprel 2014 11:51 (UTC +04:00)

“Qazprom” “Qırğızqaz”ı 1 dollara alıb

0

Rusiyanın “Qazprom” şirkəti Qırğızıstanın milli qaz operatorunu simvolik qiymətə - 1 dollara alıb.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq saziş bu gün Bişkekdə imzalanıb.

 

“Qazprom” şirkətinin prezidenti Aleksey Miller bu anlaşmanı tarixi hadisə adlandırıb.

 

“Qırğızqaz” səhmlərinin 100 faizini aldıqlarını deyən A.Miller bildirib ki, yeni yaradılmış “Qazprom-Qırğızıstan” müəssisəsinin əsas məqsədi Qırğızıstan əhalisini və sənayesini qazla fasiləsiz təmin etməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 873

Oxşar yazılar