“Qazprom” Krıma sərmayə qoymadığınl bildirir
29 aprel 2014 23:23 (UTC +04:00)

“Qazprom” Krıma sərmayə qoymadığınl bildirir

0

Rusiyanın “Qazprom” dövlət neft şirkəti Krım yarımadasına sərmayə qoymaqla bağlı qərar qəbul etmədiyini bildirib.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, şirkətin maliyyə - iqtisadiyyat idarəsi rəisinin birinci müavini Aleksandr İvannikov bu haqda açıqlama verib.

 

“Bu günədək Krıma sərmayə qoymaq, layihə, pulla bağlı heç bir qərar qəbul edilməyib. Əgər bu istiqamətdə dəyişiklik olsa onu biləcəksiniz” -deyə, o, vurğulayıb.

 

Bu il martın sonunda Rusiyanın baş naziri Dmitri Medvedev Energetika və İqtisadi İnkişaf nazirliklərinə Krımın təbii qazla təmin edilməsi üçün investisiya proqramını hazırlamağa, eləcə də bölgədə qaz hasilatının 1,5 -2 dəfə artırılmasını tapşırmışdı.

 

Tapşırığın icra müddəti mayın 5-də başa çatır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar