“Qazprom” şirkətinin başçısı Aleksey Miller Çinə təbii qaz tədarükü ilə bağlı təftişin aparılması haqda əmr imzalayıb.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, iki ölkə arasında bağlanmış müqaviləyə əsasən, 2019-cu ildən Çinə “mavi yanacaq” tədarük ediləcək.
“Artıq şirkətin törəmə cəmiyyətləri və bölmələri layihənin gerçəkləşdirilməsi istiqamətində fəaliyyət başlayıb” -deyə, o, vurğulayıb.
Mənbə xatırladıb ki, 2015-ci ildə Yakutiya ərazisindəki Çayadin qurğusunun işə düşməsi, “Sibir gücü” qaz kəmərinin birinci xəttinin tikintisi, habelə Amur vilayətindəki qaz emalı kompleksinin inşası ilə bağlı hazırlıq işləri görülür.
“Bu gün “Qazprom”un potensialı hərəkətə gətirilib. İstiqamət –Şərqə, Çinədir” -deyə, Miller vurğulayıb.