Rusiyanın iki şirkəti – “Qazprom”-la “Rosneft”-in birləşməsi haqda yayılan xəbərlərə «Rosnetf»-in başçısı İqor Seçin münasibət bildirib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, o, deyib ki, indi bu prosesin baş verməsi ehtimalı çox azdır.
“2000-ci illərin əvvəlində artıq bu iki şirkətin birləşməsinə cəhd edilib. Onda bunu etmək çox asan olsa da, bu cəhd uğursuzluqla nəticələndi. Alınmadı” -deyə, İqor Seçin vurğulayıb.
Onun sözlərinə görə, “Rosneft” və “Qazprom”-un səhmdarları var: “Bu məsələni şirkətlərin səhmdarları ilə müzakirə etmək lazımdır. Bundan başqa borc yükü, uzunmüddətli sərmayə proqrammı var. Bunları uzlaşdırıb, nəhəng şirkəti idarə etmək çox çətin olar”.