Ukrayna prezidentliyinə namizəd, “Pravıy sektor”un (“Sağ sektor”) lideri Dmitrii Yaroş qurum təmsilçilərindən ibarət Donetsk vilayəti üzrə “Donbas” xüsusi batalyonun yarandığını bəyan edib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda o, Dnepropetrovskda keçirdiyi mətbuat konfransında bildirib.
“Biz batalyonu qısa müddətə, 3 gündə yaradacağıq. Batalyon təxminən 800 nəfərdən ibarət olacaq. Donbasın sakinlərinin çoxu bizə artıq müraciət edib. Onlar “Pravıy sektor”-un Donbasda asayişi bərpa etməsini istəyir”-deyə, Yaroş vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ istiqamətdə bütün fəaliyyətlərini Ukrayna Milli Təhlükəsizlik Şurası, Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə razılaşdırılıb.
Yaroş bildirib ki, “Pravıy sektor”-un üzvlərinin Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatlarında iştirakından və onların yerli sakinlərlə qarşıdurmaya təhrik edilmələrindən ehtiyatlanmır.
O, qərargahını Dnepropetrovsk köçürdüyünü və prezidentliyə namizədliyini geri götürmək fikri olmadığını da söyləyib.