“Pravıy sektor”-un etiraz aksiyası başa çatıb - <span style="color:red;">YENİLƏNİB
28 mart 2014 01:54 (UTC +04:00)

“Pravıy sektor”-un etiraz aksiyası başa çatıb - YENİLƏNİB

0

Ukrayna parlamentinin binası qarşısında “Pravıy sektor”-un keçirtdiyi etiraz aksiyası başa çatıb.

 

Lent.az-ın “UNAİN”-a istinadən məlumatına görə, “Avropanın Suveren Ukraynası” parlament qrupunun üzvü Oles Doni bildirib ki, martın 28-də Aleksandr Muzıçkonun

ölümünün araşdırılması ilə bağlı müvəqqəti özəl komissiya yaradılacaq.

 

Deputatlarla danışıqlardan sonra “Pravıy Sektor”-un siyasi şurasının üzvü Oleq Odnorojenko deyib: “İrəli sürdüyümüz tələblər təmin olunub. Biz martın 28-də parlamentin binası qarşısına yığışacaq və nəzarətimizi davam etdirəcəyik”.

***

00.11

Ukraynanın “Pravıy sektor” qrupunun fəalları ölkə parlamentinin binası qarşısında etiraz piketi keçirir.

 

Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, etirazçılar “«İnqilab!”» şüarını söyləməklə yanaşı, daxili işlə naziri Arsen Avakovгт istefasını və keçmiş müdafiə naziri İqor Tenyuxun hərbi tribunala  göndərilməsini tələb ediblər.

 

“Sektor”-un fəalları parlament binasının şüşələrini sındırıb. Onlar Ali Radanın binası qarşısına özləri ilə şinlər də aparıb.

 

Parlamentin sədri Aleksandr Turçinovun təxribatı dayandırmaqla bağlı çağırışlarına etirazçılar ”Ar olsun!” qışqırmaqla cavab veriblər.

 

Xatırladaq ki, bir neçə gün öncə ”Pravıy sektor”-un fəallarından Aleksandr Muzıçko (Saşa Bilıy) öldürülüb. Qrup onun qətlində daxili işlər nazirindən şübhələnir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 835

Oxşar yazılar