“Porsche” –nin baş direktoru “Volkswagen”-in rəhbəri oldu
25 sentyabr 2015 07:56 (UTC +04:00)

“Porsche” –nin baş direktoru “Volkswagen”-in rəhbəri oldu

0

“Porsche” –nin baş direktoru Mattias Müller “Volkswagen” avtomobil konserninin  yeni rəhbəri seçilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Independent məlumat yayıb.    

 

Müllerin namizədliyi “Volkswagen” konserninin  Müşahidə Şurasının iclasında dəstəklənib.

 

Ötən gün  “Volkswagen”-in rəhbəri Martin Vinterkorn dizel avtomobillərində işlənmiş qazla bağlı yaranan  qalmaqalla əlaqədar istefa verib.

 

Bundan  başqa, bəzi mənbələr  “Volkswagen” konserninin  “Audi” и “Porsche”-nin bir neçə top-menecerini və ABŞ bölməsinin rəhbərini işdən azad etmək niyyətində olduğunu bildiriblər.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar