“Normand dördlüyü” XİN rəhbərlərinin görüşü olacaq
06 noyabr 2015 05:20 (UTC +04:00)

“Normand dördlüyü” XİN rəhbərlərinin görüşü olacaq

0

Noyabrın 6-da Berlində “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin  görüşü keçiriləcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya xarici işlər idarəsinin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, görüşdə məqsəd Minsk razılaşmalarının həyata keçirilməsində irəliləyişə nail olmaqdır.

 

“Hazırkı dövrdə ən aktual məsələ sülh sazişinin siyasi hissəsinin yerinə yetirilməsidir. Donbasda vəziyyəti uzunmüddətli perspektivdə sabitləşdirmək yalnız siyasi proses işə düşdükdən sonra mümkündür. Bu isə konstitusiya islahatı və ATƏT müşahidəçilərinə geniş imkanların yaradılmasını nəzərdə tutur”, deyə Almaniya XİN nümayəndəsi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar