“NATO -suz Gürcüstan dünya xəritəsindən yenidən silinəcək”
09 aprel 2014 20:11 (UTC +04:00)

“NATO -suz Gürcüstan dünya xəritəsindən yenidən silinəcək”

“NATO-suz Gürcüstan tezliklə dünyanın siyasi xəritəsindən yenidən silinə bilər”.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Gürcüstan parlamentinin sədri David Usupaşvili Vilnüsdə Avropa Birliyi Şərq tərəfdaşlığı dövlətləri parlament rəhbərlərinin konfransında bu bəyanatla çıxış edib.

 

“2008-ci ilin aprelində NATO-nun sammitində alyans Gürcüstanın quruma üzv olması ilə bağlı konsensusa gəldi. Ancaq üzvlüyə qəbul olunmağın mexanizmi, vasitələr və müddətdən söz açılmadı. Əminəm ki bu, 2008-ci ildə Rusiyanın ölkəmizə təcavüz etməsi üçün başlıca səbəb oldu. Bu gün biz daha mürəkkəb vəziyyətdəyik. Başa düşürük ki, Gürcüstan NATO-ya doğur daha bir addım atarsa, Rusiya yenidən təcavüz edəcək. Biz ona görə də risk edir və bilmək istəyirik ki, əgər Gürcüstan Rusiyanın yenidən hədəfinə çevrilərsə, hansı addımlar atılacaq” -deyə, parlament sədri vurğulayıb.

 

D.Usupaşvili bildirib ki, ölkəsinin parlamenti və hökuməti Avropa Birliyi ilə əməkdaşlığa hazırdır.

 

Parlament sədri əlavə edib: “Sizin də bu məsələyə hazır olduğunuzu görürəm. Ona görə də ölkəmə çox böyük ruh yüksəkliyi ilə dönürəm. İnanıram ki, Gürcüstan Avropa ilə yaxınlaşacaq, NATO-ya üzv, Rusiya isə  demokratik dövlət olacaq. Məhz problemin uzunmüddətli həlli də bununla bağlıdır”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1214
avatar

Oxşar yazılar