“Biz NATO ilə əməkdaşlığın əleyhinə deyilik. Biz hərbi alyansın hasarımızın önündə, evimizlə üzbəüz və ya tarixi ərazilərimizdə ağalıq etməsinin əleyhinəyik”. Lent.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Putin nə şərq, nə də qərb tərəfdaşları ilə konfrontasiyaya can atmayacaqlarını əlavə edib: “Sadəcə təsəvvür edə bilmirəm ki, Sevastopola NATO dənizçilərinə qonaq gedəcəyik. Bizim getməyimizdənsə, qoy onlar Sevastopola bizə qonaq gəlsinlər”.