“NATO-dan real addımlar gözləyirik”
19 iyul 2014 20:03 (UTC +04:00)

“NATO-dan real addımlar gözləyirik”

0
Gürcüstan NATO-dan real və gerçək addımlar gözləyir.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Acariya” telekanalının efirində Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib.

 

Gürcüstanın NATO üçün böyük əhəmiyyətə malik olduğunu deyən G. Marqvelaşvili qeyd edib ki, bu, təkcə ölkəsinin alyansla eyni dəyərləri bölüşməsi ilə bağlı deyil.

 

“Biz bölgədə ciddi geosiyasi rol oynayırıq. NATO üçün isə regionumuzdakı sabitlik böyük əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.

 

Gürcüstan prezidenti bildirib ki, NATO Gürcüstanın əldə etdiyi tərəqqini təkcə şüarlarla tanımamalıdır, eyni zamanda real inteqrasiyanı və ölkənin müdafiə imkanlarının gücləndirilməsini təmin etməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 868

Oxşar yazılar