Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın “Qazprom”-una təkrar təklif göndərib.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, Ukrayna tərəfi bildirib ki, Rusiyadan ixrac olunan qazın min kub metrinə 268,5 dollar verməyə hazırdır.
“Qazprom” bu qiymətlə razılaşacağı halda “Naftoqaz” borcunun hamısını ödəyəcəyini bəyan edib.
Mənbə xatırladıb ki, bu il aprelin 4-də Ukrayna tərəfi oxşar təklifi irəli sürüb, ancaq buna cavab almayıb.
Aprelin 1-dən isə Rusiya Ukraynaya satdığı təbii qazın hər min kub metrinin qiymətini 268,5 dollardan 485 dollara qaldırıb.