Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın “Qazprom”una borcunu ödəmək niyyətində olmadığını bildirib.
Lent.az-ın «Gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda Ukrayna TV-si xəbər yayıb.
Şirkətin idarə heyətinin sədri Andrey Kobolev uyğun bəyanatla çıxış edərək, bildirib ki, “Qazprom” bu iddianı dəfələrlə irəli sürüb: “Oxşar iddia ilə Rusiya şirkəti 2012-ci ildən çıxış edir. “Naftoqaz”ın mövqeyi dəyişməzdir. Bu iddia nə müqavilə, nə də təbii qaz bazarının normalarına uyğun deyil. “Naftoqaz” 2012-ci ildə də ödəməyib. İndi də ödəməyəcək. 2013-cü il üçün iddianın təmin olunması ilə bağlı gerçək hüquqi əsas görmürük”.