“Müsəlman qardaşları”-nın mənəvi lideri edam olunacaq
19 iyun 2014 22:04 (UTC +04:00)

“Müsəlman qardaşları”-nın mənəvi lideri edam olunacaq

0

Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının mənəvi lideri Məhəmməd Bədia və qurumun daha 13 fəalı barəsində edam hökmü çıxarıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, məhkəmənin qərarı ölkənin Ali Müftilər şurasına təqdim edilib. Hökmün icrası avqustun 3-ə planlaşdırılıb.

 

 

Məhəmməd Bədia,  onun iki müavini Xeyrat əş-Şətir və Rəşad Bayyumi “əhali arasında iğtişaş və qarşıdurma” yaratmaq ittihamı ilə mühakimə olunublar.

 

70 yaşlı M.Bədia Qahirənin cənubunda “Tora” adlı ciddi rejimli həbsxanada saxlanılır. O, 2013-cü il avqustun 20 ölkə paytaxtının şimal-şərqində, Mədinət Nəsr rayonunda tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1366

Oxşar yazılar