“Microsoft” şirkəti əməkdaşlarının sayını 18 minədək ixtisar etmək niyyətindədir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ixtisar daha çox şirkətin bu ilin aprelində aldığı “Nokia”-ya şamil ediləcək. Orada 12,5 min əməkdaş ixtisar olunacaq.
Bu tədbir “Microsoft”-un xərcləri ildə 600 milyon dollar azaltmaq tədbiri çərçivəsində gerçəkləşdirilir.
Məlumata əsasən, əvvəllər şirkətin 6 min əməkdaşını ixtisar edəcəyi bildirilmişdi.