“Mars” məhsullarında <span style="color:red;">TƏHLÜKƏ: İçindən plastik çıxdı
23 fevral 2016 17:55 (UTC +04:00)

“Mars” məhsullarında TƏHLÜKƏ: İçindən plastik çıxdı

 

Nəhəng şokolad firması olan “Mars” tarixi qərar verib.

 

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, şokoladın çoxdankı istehsalçısı  olan şirkət  Almaniyada "Mars" və "Snickers" markalı məhsullarını daşıyan “Milky Way” xırda avtomobillərini geri çağırıb. Səbəb isə məhsullarda plastik çıxması olub.

 

Şirkətin verdiyi açıqlamada geri çağırılmanın şirkət tarixindəki ən böyük məhsul geri çağırması olduğu qeyd edilib. 

 

Şirkətdən edilən açıqlamada həmçinin bu qərarın son istifadə tarixi 19 iyun 2016-cı və  8 yanvar 2017-ci il olan məhsullara da təsir edəcəyi bildirilib.  

 

Bundan başqa, şirkətin istehsal etdiyi "Balisto" və "Twix" məhsullarında problem olmadığı deyilib.

 

Şirkət bildirib ki, əlində sözügedən məhsul olanlar şirkətin əlaqə nömrəsinə zəng edə, yaxud www.mars.de  rəsmi saytına daxil olub, şirkətlə əlaqə yaradaraq həmin məhsulları geri qaytarmağın yolları haqqında məlumat ala bilərlər.

 

Qeyd edək ki, "Mars Chocolate" Almaniyanın şimali Ren Vestaflya əyalətinin Viersen kəndindəki qurğularında hər gün on milyon civarında məhsul istehsal edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar