“Lukoyl” Şərqi Avropadakı 138 yanacaqdoldurma məntəqəsini satır
Rusiyanın “Lukoyl” neft şirkəti MOL Plc. və Norm Benzinkut Kft şirkətləri ilə Çexiya, Macarıstan və Slovakiyadakı aktivlərinin satışına dair müqavilələr imzalayıb.
Let.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, “Lukoyl”un Çexiyada fəaliyyət göstərən 44 yanacaqdoldurma məntəqəsini Slovnaft Ceska Republica, Spol. S.R.O şirkəti (MOL Plc. konserninin törəmə şirkəti) əldə edəcək.
“Lukoyl”un Macarıstandakı 75 və Slovakiyadakı 19 yanacaqdoldurma məntəqəsini isə Norm Benzinkut Kft şirkəti əldə edəcək.
Müqavilələrin 2014-cü ilin sonunadək reallaşdırılacağı gözlənilir.
916