“LUKoyl” Rumıniyada pul yumaqda şübhəli bilindi
03 oktyabr 2014 04:18 (UTC +04:00)

“LUKoyl” Rumıniyada pul yumaqda şübhəli bilindi

0

Rumıniyanın güc və gömrük qurumlarının nümayəndələri Rusiyanın “LUKoyl” neft şirkətinin ölkədəki ofislərinə baxış keçiriblər. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə   “Frans Press” agentliyi məlumat yayıb.   

 

Şirkətin Rumıniya üzrə aktivlərinin cəmləşdiyi Ployeşti şəhərinin prokurorunun verdiyi məlumata əsasən, söhbət 1,03 mlrd ley (230 mln avro və ya 290 mln dollar) məbləğində qeyri qanuni əməliyyatlardan gedir.

 

Səhmlərinin 97 faizinin “LUKoyl”a məxsus olan “Petrotel” zavodu da daxil olmaqla, ümumilikdə, 23 reyd keçirilib.   

 

“LUKoyl” nümayəndəsi baxışların keçirildiyini təsdiqləyərək,  “Petrotel” zavodunda mühasibat sənədlərinin götürüldüyünü qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 748

Oxşar yazılar