“LUKOYL” İraqda neft hasilatına başlayıb
30 mart 2014 07:43 (UTC +04:00)

“LUKOYL” İraqda neft hasilatına başlayıb

0

Rusiyanın “LUKOYL” neft şirkəti İraqın “Qərbi Kurna-2” neft yatağında hasilata başlayıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, 2010-cu ilin yanvarında bu yataq üzrə imzalanan müqavilə 20 illiyə nəzərdə tutulub, ancaq onun daha 5 il uzadılması istisna edilmir.

 

Neft hasilatının açılışı mərasimində Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç, İraq baş nazirinin müavini Hüseyn əl-Şəhristani, ölkənin neft naziri Əbdülkərim Lueybi və “LUKOYL”-un prezidenti Vahid Ələkbərov iştirak edib.

 

«Bu ilin sonunadək sutkalıq hasilatı 400 min barelə çatdıracağımıza ümid edirəm. Bundan sonra da biz İraqa sərmayə qoyacağıq ” - deyə, V.Ələkbərov söyləyib.

 

O, qeyd edib ki, İraq hakimiyyəti və yerli sakinlərlə şirkət arasında çox yaxşı münasibət qurulub.

 

İraqın cənubunda, Bəsrə şəhərindən 65 km şimal-qərbdə yerləşən bu yataqda 14 milyard barelə yaxın neft ehtiyatı olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 745

Oxşar yazılar