“Lukoyl” şirkətinin başçısı Vaqit Alekperov bu ilin sentyabrında ilk almaz partiyası satacaqlarını bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, satılacaq almaz 160 min karatdır.
O, bu haqda Vladimir Putinə Arxangelsk vilayətindəki dağ – mədən kombinatında olan zaman deyib.
Mənbə bildirib ki, almaz “Lukoyl”-un ticarətinin yeni istiqamətidir. Şirkətin məlumatına əsasən, bu ilin yanvarında müəssisə 340 min karat almaz hasil etsə də, indiyə kimi satmayıb.
“2015-ci ildə biz hər ay 300 min karat və bəlkə daha çox almaz hasil edəcəyik”-deyə, Vaqit Alekperov deyib.