“Lufthansa”da növbəti tətil: uçuşlar ləğv ediləcək
08 sentyabr 2015 07:08 (UTC +04:00)

“Lufthansa”da növbəti tətil: uçuşlar ləğv ediləcək

Almaniyanın “Lufthansa” aviaşirkətinin törəmə şirkəti olan “Lufthansa-Germanwings”-in  pilotları növbəti  tətilə başlayırlar.

 

APA-nın RİA Novosti  agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya pilotlarının həmkarlar ittifaqı “Vereinigung Cockpit” (VC) bəyan edib.

 

Tətil yerli vaxtla saat 08:00-da başlayaraq, sentyabrın 9-dək davam edəcək. Pilotların növbəti tətilinə səbəb həmkarlar ittifaqı və aviaşirkət rəhbərliyi arasında uzun müddət davam edən tarif münaqişəsidir. 

 

Tətillə əlaqədar bir çox reyslərin təxirə salınacağı gözlənilir. Martda keçirilən aksiya zamanı 74 sərnişin və 15 yük aviareysi ləğv edilmişdi.

 

“Lufthansa” aviaşirkətinin pilotları ilk tətili 2014-cü ilin aprelində keçirmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar