Avropanın iki hava şirkəti, Almaniyanın “Lufthansa” və Avstriyanın “Austrian Airlines” müəssisələri Liviyanın paytaxtı Tripoliyə uçuşu dayandırıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, şirkətlər bunu təhlükəsizlik və hava limanının istismar şəraiti ilə əlaqələndiriblər.
Almaniya şirkətinin təmsilçisi bildirib ki, uçuş qeyri-müəyyən müddətədək dayandırılıb.
Mənbə xatırladıb ki, bu il martın 21-də uçuş-eniş zolağına iki raket düşdüyündən Tripoli beynəlxalq hava limanı müvəqqəti olaraq, bağlanmışdı.
Bir müddət öncə Britaniyanın “British Airways” və İtaliyanın “Alitalia” hava şirkətləri də Tripoliyə uçuşu təxirə salıb.