“Londonda Ukraynanın aktivlərinin qaytarılması müzakirə ediləcək”
27 aprel 2014 04:29 (UTC +04:00)

“Londonda Ukraynanın aktivlərinin qaytarılması müzakirə ediləcək”

Aprelin 29-30-da Londonda Ukrayna tərəfi avropalı və amerikalı tərəfdarları ilə “Ukrayndan oğurlanmış və xarici aparılmış vəsaitlərin qaytarılması ilə bağlı məsələni” müzakirə edəcək.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində yazıb: “Aprelin 29-30-da Londonda avropalı və amerikalı tərəfdarlarımızla geniş tərkibdə mütəxəssislərin və yüksək səviyyədə təmsilçilərin iştirakı ilə görüşün keçirilməsi razılaşdırılıb. Həmin görüşdə həbs edilmiş mülklər və xaricdəki bank hesabları ilə bağlı məsələ müzakirə olunacaq”.

 

Ukraynalı nazirin sözlərinə görə, görüşdə ABŞ-ın baş prokuroru, Britaniyanın daxili işlər naziri, maliyyə, xüsusi xidmət orqanlarının təmsilçiləri də bu görüşdə iştirak edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620
avatar

Oxşar yazılar