“Liebherr” Məkkədə baş verən qəzanı araşdıracaq
15 sentyabr 2015 06:36 (UTC +04:00)

“Liebherr” Məkkədə baş verən qəzanı araşdıracaq

0

Almaniyanın “Liebherr” şirkəti Məkkədə qaldırıcı kranının aşmasının səbəblərini araşdıracaq.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, araşdırmalar bir neçə həftə davam edə bilər.

 

LR-11350 tipli qaldırıcı kranlar Almaniyanın Ehinqen şəhərində istehsal olunur və 350 ton yük qaldırmaq qabiliyyətinə malikdir. “Liebherr” şirkətindən həmçinin bildiriblər ki, 2006-ci ildən bəri 30 ədəd LR-11350 kranı istifadəyə verilib. İndiyədək kranın iştirakı ilə cəmi 3 qəza vəziyyəti qeydə alınıb. Onların heç biri texniki səbəblərdən baş verməyib.

 

Xatırladaq ki, sentyabrın 11-də Məkkədə qaldırıcı kranının aşması nəticəsində 107 zəvvar ölüb, 238-i xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar