“LG” şirkəti Ebola virusu ilə mübarizəyə 2000 smartfon ayırıb
25 oktyabr 2014 02:55 (UTC +04:00)

“LG” şirkəti Ebola virusu ilə mübarizəyə 2000 smartfon ayırıb

“LG” korporasiyası Ebola virusu ilə mübarizədə kömək etməyə çalışır. Cənubi Koreyanın elektronika istehsalçısı vəziyyəti nəzarətdə saxlamaq üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) 2000 smartfon şəklində kömək edib.

Lent.az-ın "ICTnews"-a  istinadən bildirir ki, texniki kömək çərçivəsində BMT-nin ixtiyarına verilmiş mobil qurğular bu təhlükəli xəstəlikdən zərərçəkmiş regionlarda işləyən tibbi heyət və başqa şəxslərə veriləcək. Məqsəd ondan ibarətdir ki, Ebola virusundan yaranan xəstəliklə bağlı vacib tibbi məlumatların toplanılması, yoxlanılması ilə məşğul olan insanların bir-biri ilə sürətli əlaqə saxlamasına imkan yaratmaqdır.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl “Samsung” şirkəti də Ebola virusu ilə mübarizəyə 3000 ədəd “Galaxy S3 Neo”  smartfonu ayırmaqla kömək edib. Mobil qurğular Qvineya tibb müəssisələri üçün nəzərdə tutulub. Qeyd edək ki, 2014-cü ilin fevralında məhz adıçəkilən yerdə Ebola epidemiyası başlanıb, sonradan Liberiya və Syerra Leoneyə yayılıb.

“CDC Foundation” təşkilatının məlumatına görə, 9200-dən çox insan  Ebola virusuna yoluxub, onların 4500-i dünyasını dəyişib. Ölümcül xəstəlik bütün dünya üçün təhlükədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar