Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə telekanallarından birinə müsahibəsində Krımın RF-yə birləşdirilməsi məsələsinə də münasibət bildirib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, o, deyib ki, Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı qərarı Vladimir Putin şəxsən qəbul edib.
“Bu, dövlət başçısının şəxsi qərarı olub. Ancaq o, bu qərarı qəbul edə bilərdi və etməli idi”-deyə, Peskov söyləyib.
Onun sözlərinə görə, Putinin Krımla bağlı qərarı artıq tarix olub.