“Krımdakı işğalçı hakimiyyətin yasağına baxmayaraq,… “
17 may 2014 04:32 (UTC +04:00)

“Krımdakı işğalçı hakimiyyətin yasağına baxmayaraq,… “

Rusiyayönlü hakimiyyətin başçısı Sergey Aksyonovun qadağasına baxmayaraq, Krım tatarları (türkləri) mayın 17-18-də deportasiya olunmalarının 70-ci ildönümü ilə bağlı aksiya keçirməyə hazırdır.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, o, iyunun 6-dək bölgədə bütün kütləvi tədbirlərin keçirilməsini yasaqlayıb.

 

 

Krım Tatarları Məclisinin sədri Refat Çubarov mayın 16-da jurnalistlərə bildirib ki, hakimiyyətlə məsləhətləşmələrə baxmayaraq, xalq aksiya keçirəcəyinin xəbərdarlığını edib.

“23 il idi bizim aksiya keçirməklə bağlı heç bir problemimiz yox idi. Mayın 18-i Krım tatarları üçün mənliklərinin bir hissəsidir. Biz 1944-cü ildəki deportasiya qurbanlarını hüznlə anırıq, biz sürgündə itirdiklərimizi yad edirik”-deyə, Çubarov söyləyib.

 

O, əlavə edib ki, Ukraynanın cənub-şərqində vəziyyət bugünkü kimi gərgin idi, ancaq  bu il mayın 1 və 9-da tədbir keçirildi.

R.Çubarovun sözlərinə görə, iyunun 6-dək aksiyaların yasaqlanmasında məqsəd Krımda “Böyük rus sözü” tədbirini keçirməkdir. Həmin gün yarımadada bu mərasimi başlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776
avatar

Oxşar yazılar