“Kolorado atıcısı”na ömürlük cəza verildi
08 avqust 2015 05:47 (UTC +04:00)

“Kolorado atıcısı”na ömürlük cəza verildi

0

2012-ci ildə ABŞ-ın Kolorado ştatında kinoteatrda  kütləvi qətliam törədən, "Kolorado atıcısı" ləqəbli Ceyms Holmsa ömürlük cəza verilib.

 

APA-nın məlumatına görə, C.Holms barəsində hökmü doqquz qadın və üç kişidən ibarət andlılar məhkəməsi çıxarıb.

 

Ceyms Holms cəzasını həbsxanada, şərti və vaxtından əvvəl azadlığa buraxılmaq hüququna malik olmadan çəkəcək.

 

Xatırladaq ki, C.Holms 2012-ci ildə Kolorado ştatının Avrora şəhərində kinoteatrda “Zülmət cəngavəri: Əfsanənin dönüşü” filminin nümayişi zamanı atəş açaraq 12 nəfəri öldürmüş və 70 nəfəri yaralamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar