İslamçılar Mosul əhalisi üçün yeni davranış qaydaları tətbiq edib
13 iyun 2014 00:55 (UTC +04:00)

İslamçılar Mosul əhalisi üçün yeni davranış qaydaları tətbiq edib

0

“İraq və Levante islam Dövləti” terrorçu qruplaşması ələ keçirdikləri İraq şəhərlərinin sakinləri üçün  davranış qaydaları tətbiq edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, yeni qaydalara əsasən, bütün müsəlmanlar gündə 5 dəfə məsciddə namaza qılmalıdır. Siqaret çəkmək və spirtli içkilər içmək yasaqlanıb. Yerli polis və hərbçilərə təslim olmaq əmri verilib. Əks halda onları öldürəcəkləri ilə hədələyiblər.

 

Qadınlar “ləyaqətli” geyinməli, evdən yalnız ciddi ehtiyac duyulduqda çıxmalıdır.  

 

Xatırladaq ki, iyunun 10-da bu terrorçu təşkilat Mosul və Tikriti ələ keçirib. Bu basqın nəticəsində on minlərlə dinc sakin ev-eşiyindən didərgin düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1638

Oxşar yazılar