ABŞ “İŞİD” terror qruplaşması ilə mübarizəyə 8,8 milyard dollar sərf edəcək.
APA-nın Reuters agentliyinə istinadən məlumatına görə, müdafiə nazirliyinə 5,3 milyard dollar, Dövlət departamentinə isə təqribən 3,5 milyard dollar ayrılacaq.
Obama administrasiyası ölkədən kənarda keçirilən əməliyyatlara ümumilikdə 58 milyard dollar istəyib. Məlum olduğu kimi, ABŞ prezidenti Obama ölkə büdcəsini Konqresə təqdim edib.