<span style="color:red;">İŞİD Ərbilə yaxınlaşır:  şiddətli döyüşlər davam edir
07 avqust 2014 15:24 (UTC +04:00)

İŞİD Ərbilə yaxınlaşır: şiddətli döyüşlər davam edir

İŞİD terror təşkilatı kürdlərin kompakt yaşadığı Ərbil şəhərinin 45 kilometrliyində dayanıb. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərbil şəhərinə 60 kilometr məsafədə yerləşən Mosul şəhərinin Bertalla nahiyəsi də “İŞİD” tərəfindən işğal olunub.

 

Mosulun Mahmur vilayətində də “İŞİD” təhlükəsi hökm sürür. “İŞİD”-in Güvər nahiyəsini ələ keçirməsindən sonra bölgədəki kürd höküməti kürdlərin çoxluq təşkil etdiyi Mahmura minlərlə peşmərgə yeridib.

 

Peşmərgəyə mülki şəxslər də qoşulub.

 

Bölgədəki güc strukturlarından verilən xəbərlərdə isə İraq Hava Hücumundan Müdafiə Qoşunlarına aid iki təyyarənin, İŞİD-in Mahmurla 20 kilometr məsafədə yerləşən Güvər nahiyəsindəki mövqelərini bombalayıb. Bombardman nəticəsində, İŞİD-ə aid 4 avtomobil və çox sayda silahlı öldürülüb.

 

Eyni zamanda, İŞİD səhər saatlarında Mahmur düşərgəsinə hücum edib. Hücumdan sonra peşmərgə ilə İŞİD qüvvələri arasında döyüş gedib. Döyüşdə İŞİD-ə ağır zərbə endirilib.

 

Peşmərgələr Mahmurun həndəvərində xəndəklər qazmağa davam edir. Mahmurun İŞİD təhlükəsi ilə üz-üzə qalmasına görə minlərlə sakin Ərbilə qaçır.

 

İraq Kürdüstanının rəhbər şəxsləri vətəndaşlara vəziyyətin nəzarət altında olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2275
avatar

Oxşar yazılar