Iraq ordusu “İŞİD” qruplaşmasının ABŞ və digər Qərb ölkələrinin xidmət etdiyi “Əyn-əl-Əsəd” aviabazasına hücumunu dəf edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə nazirliyinin nümayəndəsi Stiv Uorren bildirib.
Onun sözlərinə görə, döyüş zamanı 8 terrorçu məhv edilib. Qeyd olunur ki, adıçəkilən aviabazada 400 ABŞ hərbi mütəxəssisi yerləşdirilib. Onlar hərbi əməliyyatlarda iştirak etmirlər, yalnız hərbi bazalarda İraq ordusuna kömək məqsədilə çalışırlar.